Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib


Digərləri 09 Okt 2018 14:47:00 231 0

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtını dəyişdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar Bakıda futbol üzrə UEFA Avropa Liqasının final matçının da keçirilməsi ilə əlaqədar qəbul edilib.

Yeni qərara əsasən, bədii gimnastika üzrə Avropa çempionatı 16-19 may tarixlərində baş tutacaq. Bundan əvvəl, bu turnirin mayın 31-dən iyunun 2-dək keçirilməsi nəzərdə tutulurdu.