"Daha da gözəl olacağam" Müğənni


Digərləri 09 Okt 2018 14:24:00 309 0

"Daha da gözəl olacağam"  Müğənni

Yumoristik sketçləri və İnstagram-dakı vaynları ilə məşhurlaşandan sonra müğənniliyə başlamış Kardi Bi arıqlamaq və "daha da gözəl" olmaq istəyir.

Son.az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Belkalis Marlenis Almanzar olan 25 yaşlı hip-hop müğənnisi övladının 6 ayı tamam olmayınca onun fotolarını sosial şəbəkələrdə paylaşmaq niyyətində olmadığını yazıb.

Yarıçılpaq fotolarını İnstagram-dakı profilində paylaşan müğənni doğuşdan əvvəlki formasına qayıtmaq üçün gələn ay plastik cərrahiyyə əməliyyatına məruz qalacağını yazıb. O, əri Offsetin bu qərarı dəstəklədiyini vurğulayıb.


Xəbərə aid fotolar