"Qatar Airways" ABŞın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək


Dünya 09 Okt 2018 13:25:00 222 0

"Qatar Airways" ABŞın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qatar Airways" Hava Yolları Şirkətinin icraçı direktoru Əkbər Al-Baker deyib.

Əkbər Al-Baker deyib ki, ABŞ-ın İran əleyhinə sanksiyaları "Qatar Airways" Hava Yolları şirkətinin uçuşlarına təsir göstərməyəcək.