"Atamanam mənə çox qadağalar qoyub"


Digərləri 09 Okt 2018 13:06:00 252 0

"Atamanam mənə çox qadağalar qoyub"

ARB Günəş-in "Mən məktəbli ikən" layihəsinin növbəti qonağı şairə Cığatel İsaqızı və nəvəsi Cığatel olub. Son.az xəbər verir ki, nənə və nəvənin söhbəti maraqlı və əyləncəli anlarla yadda qalıb.

Balaca Cığatel özünəməxsus cavabları ilə nənəsini təəccübləndirməyi bacarıb. Şairənin "Xoşbəxt ailə necə olmalıdır?" sualına cavab verən balaca Cığatel ona gözlənilməz sürpriz edib. Nənəsini bir neçə dəqiqə gözlədərək suala xoşbəxt ailə təsvir etdiyi rəsmlə cavab verib. Cığatel nənə uşaqlıqda həddən artıq dəcəl olduğundan, öz nənəsinin ona kənddə isti soba yanında nağıl danışmasından söz açıb. Nəvəsinin "Nənə atan-anan sənə hansı qadağalar qoyub?" sualına şairə Cığatel belə cavab verib: "Atam-anam mənə çox qadağalar qoyub. O vaxtın nənə-babaları sizin nənə-babalar kimi deyildi. Çölə çıxma, ora-bura getmə. Uşaqlarla oynama. Sizin üçün indi azadlıqdır. Biz palçıqda oynayırdıq". Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"in efirindəyayımlanır.


Xəbərə aid fotolar