BVF Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb


Digərləri 09 Okt 2018 13:02:00 213 0

BVF Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb

Bakı. Azad Həsənli - Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə “World Economic Outlook”un hesabatında deyilir. Proqnozlara əsasən, 2018-ci il üçün Azərbaycanda inflyasiya 3,5 faiz, 2019-cu ildə 3,3 faiz, 2023-cü ildə 3 faiz təşkil edəcək.