Azərbaycan "ağıllı robot" yaratdı


Digərləri 09 Okt 2018 11:53:45 240 0

Azərbaycan "ağıllı robot" yaratdı

Azərbaycan robot texnologiyasının rahatlığından istifadə edəcək

Bakı. Ceyhun Ələkbərov - Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyini görmüşük. Nəhayət ki, Azərbaycan da robot texnologiyasının rahatlığından istifadə edəcək. Trend-in məlumatına görə, iki ay ərzində BNB Dynamics "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur. Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" hər hansı bir AVM-də istifadə edilə bilər.