"Qatar Airways" ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək


Digərləri 09 Okt 2018 11:58:00 269 0

"Qatar Airways" ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.

Bakı. Elnur Bağışov - İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək. Trend-in məlumatına görə, bunu "Qatar Airways" Hava Yolları Şirkətinin icraçı direktoru Əkbər Al-Baker deyib. Əkbər Al-Baker deyib ki, ABŞ-ın İran əleyhinə sanksiyaları "Qatar Airways" Hava Yolları şirkətinin uçuşlarına təsir göstərməyəcək.