Azərbaycan elektron hökumətin yeni modelinə keçir


Digərləri 09 Okt 2018 11:10:00 273 0

Azərbaycan elektron hökumətin yeni modelinə keçir

Azərbaycan elektron hökumətin yeni modelinə ("non stop shop") keçir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.

O bildirib ki, bu model sayəsində vətəndaşların elektron xidmətlərdən istifadə üçün dövlət qurumlarına müraciət etməsinə ehtiyac olmayacaq:

"Bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Bu planda biz "qayğıya qalan dövlət" konsepsiyası adı altında digər innovasiyanı tətbiq etmək niyyətindəyik. Bunun sayəsində vətəndaşlar onlara lazım olan informasiyaları vaxtından əvvəl ala biləcəklər. Biz inanırıq ki, bu, həm "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin təkmilləşdirilməsinə, həm də digər elektron xidmətlərin genişləndirilməsinə imkan verəcək".