Buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları məlum oldu


Digərləri 09 Okt 2018 09:49:00 252 0

Buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları məlum oldu

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları açıqlanıb. 

DİM-dən Son.az-a verilən məlumata görə, yeni model aşağıdakı kimi olacaq:

Buraxılış imtahanı (9 illik təhsil bazasında) 

I mərhələ (imtahan müddəti - 3 saat)

  Fənnin adı Maksimal bal  Tapşırıqların sayı 1. Tədris dili  (Azərbaycan dili, rus dili) 30 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq 2. Riyaziyyat 30 10 açıq tapşırıq (həllin yazılması tələb olunan)  Cəmi:10 tapşırıq 3. Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) 30 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );  2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).  Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)

  Fənnin adı Maksimal bal Tapşırıqların sayı 1. Tədris dili (Azərbaycan dili, rus dili) 70 30 qapalı 2. Riyaziyyat 70 30 qapalı 3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 70 30 qapalı

Buraxılış imtahanı (11 illik təhsil bazasında) İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

  Fənnin adı Maksimal  bal Tapşırıqların sayı 1. Tədris dili (Azərbaycan dili, rus dili) 100 Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.  Cəmi: 30 tapşırıq 2. Riyaziyyat 100 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.  Cəmi: 25 tapşırıq 3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 100 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);  2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;  3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.  Cəmi:30 tapşırıq

Maksimal bal: 300 Qəbul imtahanı (imtahan müddəti 3 saat)