Nazirlik: Azərbaycan arıçıları öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar


Digərləri 09 Okt 2018 07:45:00 286 0

Nazirlik: Azərbaycan arıçıları öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar

Azərbaycana Almaniyadan cins arılar gətirilir

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın arıçılıq məhsulları bazarına xaricdə, xüsusən də ərəb ölkələrində çox böyük tələbat var. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycana gələn ərəblər də burada yerli bala çox böyük maraq göstərirlər: “Bu gün Azərbaycanda öz məhsullarını xaricə, hətta Yaponiyaya belə ixrac edən arıçılar var. Bu gün arıçılar öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar. Nazirlik olaraq, bizim əsas işimiz təşviqatdır. Biz bu məhsulları təşviq edərək ölkəyə əlavə valyutanın gəlməsinə imkan yarada bilərik”. V.Hüseynov deyib ki, hazırda Azərbaycana xarici ölkələrdən, xüsusilə Almaniyadan cins arı ailələri idxal edilir.