Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək


Digərləri 09 Okt 2018 01:30:00 332 0

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi rahatlığı təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri vətəndaş ünvanlarında göstərməkdə davam edir.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi rahatlığı təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri vətəndaş ünvanlarında göstərməkdə davam edir. Komitədən Trend-ə verilən məlumata görə, hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyasının bu həftəki ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsidir.