Bakıdan Rusiyaya dəniz turları başlayır KRUİZ GƏMİSİNDƏ VİDEO


Digərləri 08 Okt 2018 23:31:00 313 0

Bakıdan Rusiyaya dəniz turları başlayır  KRUİZ GƏMİSİNDƏ  VİDEO

Xəzəryanı ölkələri əhatə edəcək, dəniz üzrə dairəvi gəmi turları təşkil olunacaq. Avropa ölkələrində geniş yayılan kruiz səfərlərinin xəzər dənizində təşkili "Pyotr Velikiy" gəmisi ilə həyata keçiriləcək.

Son.az bildirir ki, bundan əlavə Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa gəmi reysinin açılması da nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin sözlərinə görə, bu istiqamətdə də hər iki tərəf arasında danışıqlar aparılır.

Kənan Quluzadə onu da bildirdi ki, ölkəmizə gələn turistlərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdı. Gəmi turları və həştərxanla birbaşa reysin açılması ilə bu rəqəm daha da artacaq. /xezerxeber.az