655 kiloqram çəkisi olan balqabaq yetişdirilib


Digərləri 08 Okt 2018 23:07:00 303 0

655 kiloqram çəkisi olan balqabaq yetişdirilib

Ötən həftəsonu Avstriyanın Tulln şəhərində ənənəvi balqabaq çempionatı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müxtəlif kateqoriyalarda yarışan yerli və əcnəbi bostançılar il ərzində yetişdirdikləri balqabaqları təqdim ediblər.

Frants Mathias adlı bostançının yetişdirdiyi balqabaq builki müsabiqənin qalibi olub. Onun yetişdirdiyi balqabaq at ağırlığında olub. Bostançı 655 kq çəkiyə malik balqabağı heç bir kimyəvi maddənin köməyi olmadan yetişdirib. "Atlantic Giant" adlı bu nəhəng balqabaq sortu xüsusi qayğı tələb edir. Yeyilməsi mümkün olsa da, qeyri-adi çəkisi onun kütləvi istehlak üçün əkilməsini mümkünsüz edir və əsasən seleksionerlər tərəfindən müsabiqələr üçün yetişdirilir.