Bu ölkə 1968ci ildə nüvə silahı ilə bombalanmalı idi ABŞın qorxunc planı ORTAYA ÇIXDI


Digərləri 08 Okt 2018 23:09:00 313 0

Bu ölkə 1968ci ildə nüvə silahı ilə bombalanmalı idi  ABŞın qorxunc planı ORTAYA ÇIXDI

Vyetnamda müharibənin qızğın vaxtında - 1968-ci ildə Amerika hərbçiləri nüvə silahının köməyi ilə ölkənin şimalındakı güclərə hücüm etməyi planlaşdırırdılar.

Son.az xəbər verir ki, bu haqda məxfilikdən çıxarılmış arxiv sənədlərinə istinadən "New York Times" qəzeti bildirib.

Sənədlərə əsasən, 1968-ci ildə Vyetnamda Amerika qoşunlarının baş komandan Uilyam Uestmorlendin rəhbərliyi altında "Fracture Jaw" ("Çənənin sındırılması") kod adı ilə əməliyyat planı hazırlanıb. Plan Şimali Vyetnama qarşı hücum üçün Cənubi Vyetnama nüvə silahının göndərilməsini nəzərdə tuturdu.

ABŞ prezidentinin təhlükəsizlik üzrə məsləhətçisi Uolt Rostou hazırlanan plan haqqında prezident Lindon Consona məlumat verib. Amerika prezidenti əməliyyat planının ləğvi barədə göstəriş verib.