Bəyi toya şah taxtında gətirdilər üzərinə 450 qızıl... FOTO
Digərləri 08 Okt 2018 22:14:00 326 0
Türkiyənin Şanlıurfa vilayətində iş adamı Enver Geçgelin 8 yaşlı oğluna etdiyi sünnət toyu gündəm mövzusuna çevrilib. Son.az xəbər verir ki, Şəddadi aşirətinə mənsub olan iş adamının oğlu Firudinə keçirdiyi sünnət toyunda həddindən artıq hədiyyə toplanıb. Belə ki, məclisə dəvət edilən 500-dən çox qonağa səbəbkarın başına dollar səpmək qadağan edilib. Bu səbəbdən də qonaqların çoxu onun üzərinə qızıl taxıb.
8 yaşlı uşağın üzərinə ümumilikdə 450 qızıl taxılıb ki, azyaşlı qızılın ağırlığından hərəkət etməkdə çətinlik çəkib. Bundan başqa uşağın başına 180 min lirə pul atılıb.
Mənbə: milli.az