Bakıda 48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürdü


Digərləri 08 Okt 2018 21:29:32 269 0

Bakıda 48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.

Bakı. Samir Əli - Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.