Ərdoğan: "Səudiyyə Ərəbistanı itkin düşən jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməlidir"


Dünya 08 Okt 2018 21:16:00 259 0

Ərdoğan: "Səudiyyə Ərəbistanı itkin düşən jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməlidir"

"Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir".

Son.az "report"-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.

"Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz", - o vurğulayıb.