Niderland səfiri Rusiya XİNə çağırıldı


Dünya 08 Okt 2018 21:10:00 303 0

Niderland səfiri Rusiya XİNə çağırıldı

Niderlandın Rusiyadakı səfiri Rene Cons-Bos Xarici İşlər Nazirliyinə çağırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, səfir Niderlandın Rusiyanı kiberhücumlarda ittiham etməsi ilə bağlı izahat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Niderland Müdafiə Nazirliyi Kimyəvi Silahların Ləğvi üzrə Təşkilata haker hücumu ilə bağlı Rusiyanı ittiham etmişdi.