Robbi Uillyams türk arvadı üçün Topqapı sarayı tikdirdi


Digərləri 08 Okt 2018 20:28:00 288 0

Robbi Uillyams türk arvadı üçün Topqapı sarayı tikdirdi

Müğənni Robbi Uillyams üçüncü dəfə ata olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, məşhur müğənni türk həyat yoldaşı Ayda Field üçün Kaliforniyadakı malikanəsində Topqapı sarayındakı "Validə Sultan köşkü"nün eynisini inşa etdirib.

O, bunu üçüncü uşağını doğan arvadına hədiyyə etdiyini bildirib. Cütlük 2010-cu ildə evlənib. Onların Teadora, Şarlton və Kolett adlı qız övladları var.

Məlum olub ki, Ayda "Validə Sultan köşkü"nü 2015-ci ildə görüb və çox bəyənib. Robbi isə Beverli Hills səmtindəki malikanəsində bu köşkün eynisini inşa etdirib.


Xəbərə aid fotolar