Azərbaycanda unikal göz əməliyyatı həyata keçirilib


Digərləri 08 Okt 2018 18:38:00 586 0

Azərbaycanda unikal göz əməliyyatı həyata keçirilib

İnkişaf etmiş ölkələrdə həyata keçirilən limbal kök hüceyrə köçürmə əməliyyatı ölkəmizdə də reallaşıb.

Son.az xəbər verir ki, 10 ildir buynuz qişanın xorası xəstəliyindən müalicə almasına baxmayaraq, gözündə şiddətli ağrıları davam edən xəstəyə oftalmoloqlar  Dr. Şahin Novruzlu və Dr.Rəhimə Poluxova tərəfindən limbal kök hüceyrə köçürülməsi əməliyyatı həyata keçirilib.

Doktor Rəhimə Poluxova deyib ki, əməliyyat aparılan vətəndaşımız 10 il əvvəl bir əməliyyat keçirib və onu əməliyyatdan sonra şiddətli ağrılar narahat edirdi. Müayinə etdik və ilk öncə müalicə təyin etdik, müalicənin gedişatı əsasında Şahin Novruzlu ilə birlikdə əməliyyatı təyin etdik.


Xəbərə aid fotolar