Deputat Tahir Süleymanov: “Mən xanımların kaprizlərinə də göz yumuram”


Digərləri 08 Okt 2018 18:00:00 277 0

Deputat Tahir Süleymanov: “Mən xanımların kaprizlərinə də göz yumuram”

Son.az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Süleymanoav modern.az saytına müsahibə verib.

Onunla söhbəti təqdim edirik. 

- Tahir müəllim, necəsiniz? 

- Çox sağ olun, həmişə yaxşı olasınız.

- Deyəsən Bakıya az-az gəlirsiniz. Daha doğrusu Bakıda yaşamağa üstünlük vermirsiniz. 

- Mənim Bakıda da evim var. Amma Şabranda yaşayıram, Bakıdan bir saatlıq yoldu. Mən Şabranda, rayonda yaşamağı daha üstün tuturam. Çünki orada doğulmuşam. Həm də orada mənim seçicilərim, tanıdığım, bir yerdə oturub-durduğum insanlar yaşayır. Bu mənim üçün daha yaxşıdır, nəinki Bakı. 

- Yəqin ki, Bakıda sıxılırsınız... 

- Bəli. Rayon mühiti, Şabranın, Qalaaltının havası mənə Bakının havasından daha yaxşı təsir edir. 

- Paytaxtda eviniz də var. İl ərzində Bakıda nə qədər vaxt keçirirsiniz? 

- 25-30 gün ancaq olar. Bütün il boyu uzağı bir ay Bakıda oluram. 

- Şabranda, təbiət qoynunda gəzirsinizmi? 

- Mən həmişə səhər saat 6-da oyanıb, idmanla məşğul oluram. Gəzirəm. Gündəlik 8-10 km səhər və axşam gəzintisində oluram. Yüngül idmanla məşğul olmaq mənə daha yaxşı təsir edir. 

- Qidalarınıza necə, diqqət edirsinizmi? 

- Əlbəttə. Bir gün  Şabrana mənim həyətimə qonaq gəlsəniz, bağımızı, bostanımızı görə bilərsiniz. Həyətimizdə yaxşı yumurta verən toyuqlarımız var. Həyətdə kənd təsərrüfatı məhsulları əkib-becəririk. 

- Özünüz edirsiniz, yoxsa adam tutursunuz buna görə?

- O bağ-bağatı ancaq özümüz - ailə üzvlərimizlə birlikdə becəririk. Demək olar, bütün qidamız təbiidir, həyətimizdəndir. 

- Bəs restoranlarda oturub yemək yeyəndə özünüzü necə hiss edirsiniz? 

- Hərdən xaricdən gələn, ya da iş yerimizdən dəvət etdiyimiz qonaqlarımız olur. Müəyyən qədər restoran, kafelərə yolumuz düşür. Şabranda, evimizdə də süfrə açıb, qonaqlarımızı qəbul edirik. Çalışırıq ki, qonaqlara Bakımızın gözəl, səfalı yerlərini göstərək, onlar da ölkəmizdən xoş təəssüratla ayrılsınlar. 

- Seçicilərinizi Şabranda qəbul edirsiniz, yoxsa Bakıda? 

- Həm rayonda, həm də paytaxtda müraciət edənlər olur. Hava şəraitindən asılı olaraq, demək olar hər gün evimdən iş yerimə piyada gedib-gəlirəm. Seçicilərimlə xeyir-şər məclislərində də tez-tez görüşürük. Ofisə müraciət edə bilməyənlərin problemlərini də o məclislərdə dinləyirəm. Mən millət vəkili seçilməzdən əvvəl də insanların içərisində olmuşam. Rayonda demək olar, hamısı öz qohum-əqrəbalarımızdır. 

- Tahir müəllim, deputatın işi kimisə işə düzəltmək deyil. Bu, təbiidir. Siz seçicilərə problemlərini həll etməkdə köməklik göstərirsiniz. Bəs özünüzdən asılı olmayan səbəblərdən kiməsə yardım edə bilməyəndə narahatlıq keçirirsinizmi? 

- Çox narahat oluram. Elə məsələlər var, mənim kömək edə biləcəyim dairədən kənar olur. Mən seçicilərimlə danışır, məsləhətlərimi verirəm.  Ayrılıqda bəzi orqanlarla da əlaqə saylayıb, seçicinin problemini həll etməyə çalışıram. Bacardığım qədər seçicilərimə yardım edirəm. Tək Şabran deyil, Siyəzən rayonu da mənim seçildiyim 54-cü seçki dairəsinə daxildir. Ona görə, Siyəzəndə Yeni Azərbaycan Partiyasının qərargahında seçicilərimi qəbul edirəm. Mən seçicilərimin həlli çətin problemlərində onlara kömək etdikdə onlardan çox sevinirəm, rahatlaşıram.

Elə seçicilər var, xəstəliyi, tibbi problemi ucbatından bizə müraciət edir. Müalicəsi burada mümkün olmayan şəxsi bəzən xaricə göndəririk. Tələbələr olur ki, ödənişli universitetə daxil olur, ailə pulunu verə bilmir. Belə məsələlərdə bacardığım qədər kömək edirəm. 

- Sizin deputat statusunuzdan sui-istifadə edib, yararlanmağa çalışan seçiciləriniz, qohumlarınız olurmu? 

- Elə insanlar hər yerdə var. Baxırsan, tənbəl, işləmək istəməyən adamdır, deyir mən Qarabağ əliliyəm, mənə pul ver. Təbii ki, Qarabağ əlilinə kömək etmək lazımdır. Amma bundan sui-istifadə etmək düzgün deyil.

Baxırsan, 20-25 yaşında cavan oğlandı. İşləmək imkanı, qabiliyyəti var. Soruşuram, niyə işləmirsən, deyir iş yoxdur. Nə ali təhsili, nə də orta təhsili var, amma hansısa sənaye müəssisəsində 300-400 manata işləmək istəmir. Halbuki rayon yerində bu maaş normaldır. Həyat yoldaşı da işləyib, ev büdcəsinə yardım etsə, problemləri həll etmək mümkündür. Üstəlik, bu insanlar rayonda, kənddə yaşayır, amma yumurtanı, südü, qatığı bazardan alır. Belə adamlarla danışmaq olmur.

Mən hesab edirəm ki, bu əmin-aman ölkəmizdə, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə açılan yeni iş yerlərində çalışmaq lazımdır. Ailəni saxlamaq üçün şəxsi təsərrüfat da inkişaf etdirmək olar.

Həmişə qadınlar iş yerlərinin olmamasından şikayətlənirdi. İndi Şabran şəhərində böyük xalçaçılıq fabriki tikilib. Quşçuluq fabriki, Taxıl Məhsulları Kombinatı və s. böyük müəssisələr var. Siyəzəndə "Siyəzən neft", kərpic zavodu, broyler fabriki fəaliyyət göstərir. Rayon əhalisi bu fabriklərdə çalışa bilər. 

- Bu sualı vermək zərurəti yarandı. Taxıl Məhsulları Kombinatının sizinlə hər hansı əlaqəsi varmı? 

- Mən 1993-cü ildən 2000-ci ilə qədər kombinatın direktoru olmuşam. 1998-ci ildə açılan birinci özəlləşdirmə proqramında mən kombinatı özəlləşdirmişəm. O vaxtdan etibarən bu müəssisə Məhdud Məsuliyyətli Cəmiyyət olub. 2000-ci ildə isə ulu öndərin tövsiyəsi ilə Yeni Azərbycan Partiyasından namizədliyim irəli sürüldü. Deputat seçiləndə qanuna uyğun olaraq, işdən çıxdım. Bundan sonra etibar etdiyim bir insanı, yaxınımı müəssisənin direktoru təyin etdim. Artıq 18 ildir müəssisənin direktor vəzifəsi ilə əlaqəm yoxdur. Sadəcə, Müşahidə Şurasının sədriyəm. Bu o deməkdir ki, kombinatın inkişafında zəhmətim var. Kollektivə hər zaman öz tövsiyələrimlə yardım etməyə çalışıram.

Mənə müraciət edən seçicilərim arasında işə ehtiyacı olanları Taxıl Məhsulları Kombinatına yönləndirirəm. Müəssisənin direktoru mənim tövsiyəmlə seçicilərə köməklik göstərir. Yaxud, bəzi sakinlərin kommunal borcları, pula ehtiyacı olur. Həmin müəssisələrlə danışıb, qaydasına qoymağa çalışıram. Çətinlik olanda, həmin müəssisədən seçicilərin ödəyə bilmədiyi borclarını bağlamağı rica edirəm. 

- Bəs özünüz niyə ödəmirsiniz? 

- Kombinatın çətinlikləri olanda mən də onlara kömək edirəm. Mən özümə aid səhmləri hazırkı rəhbərliyə etibar etmişəm. Ona görə, yaxşı münasibətlərimiz formalaşıb. 

- Şabranda məmurlar, nazirlər qonağınız olurmu?