İslam Əməkdaşlıq Təşkilatı ölkələri ortaq sallaqxanalar yarada bilər


Digərləri 08 Okt 2018 17:08:00 335 0

İslam Əməkdaşlıq Təşkilatı ölkələri ortaq sallaqxanalar yarada bilər

"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında səhiyyə, heyvandarlıq məhsullarının ticarəti, eləcə də regionda xəstəliklərin nəzarətə götürülməsi üçün laboratoriyaların və sallaqxanaların yaradılması sahəsində əlaqələr genişlənir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu IRNA-ya İranın Baytarlıq İdarəsinin sədri Əlirza Rəfiipur İƏT ölkələrinin baytarlıq idarələri rəhbərlərinin 3-cü iclasında deyib.

Onun sözlərinə görə, İƏT ölkələrinin coğrafi şəraiti Yaxın Şərq, Asiya və Avropada dəniz, hava və dəmir yolu sektorunda əməkdaşlığa imkanlar yaradıb:

"Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı ölkələri laboratoriya şəbəkəsinin yaradılması sahəsində razılaşma əldə edə bilərlər. Bu, üzv ölkələrin xeyrinə ola bilər. Beynəlxalq ticarətdə vahid "yol xəritəsi"nin hazırlanması, qida təhlükəsizliyi, xəstəlik yaradan amillərin müəyyənləşdirilməsi İƏT ölkələri vətəndaşlarının sağlamlığının təmin edilməsinə kömək edə bilər".

Ə.Rəfiipur bildirib ki, bu iclas gələcəkdə heyvan, quş və su canlılarında xəstəliklərə nəzarət etmək üçün sərhəd bölgələrində laboratoriyaların yaradılması sahəsində anlaşma memorandumunun imzalanması məqsədilə təşkil olunub.