Bal yarmarkası bu gün açılır


Digərləri 08 Okt 2018 12:25:00 236 0

Bal yarmarkası bu gün açılır

Bu gün Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının rəsmi açılış mərasimi olacaq.

Bunu Son.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər.

Açılış mərasimi saat 14:00-da baş tutacaq. 

Qeyd edək ki, Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi oktyabrın 5-də olmalı idi. Lakin hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar təxirə salınmışdı.