Tovuzda 6 yaşlı uşaq ağır kəlləbeyin travması aldı


Digərləri 08 Okt 2018 11:58:00 242 0

Tovuzda 6 yaşlı uşaq ağır kəlləbeyin travması aldı

Tovuzda azyaşlı ağacdan yıxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədli Kənan Vüqar oğlu həyətlərində meyvə ağacından yıxılıb.

Azyaşlı ağır kəllə-beyin travması ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.