Şok kadrlar: məşhur əsər hərracda doğrandı VİDEO FOTO


Digərləri 08 Okt 2018 11:31:00 268 0

Şok kadrlar: məşhur əsər hərracda doğrandı  VİDEO  FOTO

Dünyanın ən məşhur və ən sirli strit-art rəssamı sayılan britaniyalı Benksinin məşhur "Girl With Balloon" ("Hava şarlı qız") əsəri Lonndonda keçirilmiş "Sotheby's " hərracında 1,042 milyon funt-sterlinqə satılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, əsərin satıldığı elan olunan kimi tabloda hərəkət başlanıb. Əsər aşağı sürüşüb, doğranıb.

Tablonun çərçivəsində gizlədilmiş şreder uzaqdan idarə olunan qurğu vasitəsilə işə salınıb.

Əsəri doğrayan isə müəllifin özü olub.

"Girl With Balloon" əsərini 2002-ci ildə Benksi Londonun Şordiç səmtindəki nəşriyyatın fasadına çəkmişdi. Daha sonra o, əsəri hazır trafaretə rəng püskürməklə, aeroqrafiya vasitəsilə təkrar yaratmışdı.

Benksi əsərinin doğrandığı anların əks olunduğu videonu İnstagram profilində hərraclarda satış zamanı deyilən "Going, going, gone..." ("Satılır, satılır, satıldı...") sözləri ilə müşayiət edib.

O, daha sonra yeni video paylaşıb: "İllər əvvəl əsərin çərçivəsinə şreder yerləşdirdim. Demişdim axı - əsər satılsa doğranacaq. "Məhv etməyə meyl də yaradıcılıq istəyidir", - bunu Pablo Pikasso demişdi".


Xəbərə aid fotolar