Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb


Digərləri 08 Okt 2018 10:50:00 236 0

Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb

Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri" üzrə Beynəlxalq Məktəbin öz işinə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycan özünün peyklərini orbitə çıxarmaq fikrini elan edəndə çoxları buna skeptik yanaşırdılar: "Lakin 2010-cu ildə Azərbaycanın ilk peykini orbitə çıxarması bu niyyətin ötəri olmadığını göstərdi. Bu yaxınlarda 3-cü peykin orbitə buraxılması Azərbaycanın telekommunikasiya sahəsindəki imkanlarını daha da genişləndirir".