İnterpolun itkin düşmüş prezidenti Çində qanunu pozmaqda şübhəli bilinir


Dünya 07 Okt 2018 22:17:00 330 0

İnterpolun itkin düşmüş prezidenti Çində qanunu pozmaqda şübhəli bilinir

İnterpolun itkin düşmüş prezidenti, eyni zamanda Çinin ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini tutan Men Xunvey ölkəsində qanunu pozmaqda şübhəli bilinir və Çin hökuməti onunla bağlı yoxlamaya başlayıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə bazar günü Çin Kommunist Partiyasının nizam-intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

"Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey qanunu pozmaqda şübhəli bilinir, hazırda dövlət nəzarət komitəsi onunla bağlı yoxlama aparır", - deyə komissiyanın saytına yerləşdirilən mətndə bildirilir.