Qazaxıstanlı tamaşaçı: Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyində idmançılar üçün hər cür şərait yaradılıb


Digərləri 07 Okt 2018 22:16:54 256 0

Qazaxıstanlı tamaşaçı: Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyində idmançılar üçün hər cür şərait yaradılıb

Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin təşkili çox yaxşıdır.

Bakı. Cani Babayeva - Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin təşkili çox yaxşıdır. Bu barədə Trend-ə yarışların qazaxıstanlı tamaşaçısı Maral Timirbulatova deyib. M.Timirbulatova qeyd edib ki, yarışlarda onun qızı iştirak edib və o, Bakıda idmançılar üçün yaradılan şəraitdən razıdır: "Bakıya qızıma görə gəlmişəm ki, belə böyük yarışları görsün və gələcəkdə çempion olsun. Qızımın yarışlardan çox gözəl təəssüratları var, Bakıda gimnastika arenasında çıxış etmək onun xoşuna gəlib". Qazaxıstanlı qonağın sözlərinə görə, yarışlar yüksək səviyyədə təşkil olunub: "Hər şey xoşumuza gəlir, uşaqlar üçün bütün imkanlar yaradılıb. Həmçinin, yarışlar zamanı fleşmobların təşkil olunması da gözəldir".