Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb


Digərləri 07 Okt 2018 21:54:00 237 0

Qadınlar niyə kişilərdən çox yaşayır?  Təəccüblü səbəb

İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır.

Çinli professor Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi... göz yaşlarıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir.

İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır.