Qazaxıstanlı gimnast: Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm


Digərləri 07 Okt 2018 15:14:33 270 0

Qazaxıstanlı gimnast: Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm

Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarında 7-8 yaş kateqoriyasında qrup tərkibində 2-ci yer tutan qazaxıstanlı gimnast Adelina Vafina öz çıxışından razı qalıb

Bakı. Cani Babyeva - Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarında 7-8 yaş kateqoriyasında qrup tərkibində 2-ci yer tutan qazaxıstanlı gimnast Adelina Vafina öz çıxışından razı qalıb. Qazaxıstanlı gimnast Trend-ə bildirib: "İkinci yer tutduğuma örə çox şadam. Milli Gimnastika Arenasında çıxış etməkdan xoşum gəldi - buranın zalı böyük və gözəldir. Yaxşı ki, azarkeşlər bizi ruhlandırdılar. Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm". Onun sözlərinə görə, o, qələbəni öz məşqçisinə həsr edir və yaxşı nəticə qazanmaq üçün daha çox məşq edəcək.