Moskvada Azərbaycanın nar bayramı qeyd edilib


Digərləri 07 Okt 2018 12:42:00 352 0

Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.