"Sizə inananlar da, elə sizin tayınızdır"


Şou-biznes 07 Okt 2018 11:18:00 298 0

"Sizə inananlar da, elə sizin tayınızdır"

"Haqqımda elə sözlər danışırlar ki, axmaq şou nümayəndələri siyahısından bəziləri - özümü Hitler kimi güclü və əzazil hiss edirəm. Mən necə də pis insan imişəm. Deməli, kiməsə yaxşılıq etdikcə, o insanlarda mənə qarşı qıcıq yaranırmış. Mənim köməkliyim ilə qalxan insanlar arxamda məni gözdən salmaq üçün özlərində olan bütün əclaflıqları sözdə mənim ayağıma yazırmışlar".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi şou-biznes nümayəndələrinin onun arxasınca danışmasından gileylənib:

"Onsuz da həyat sizə etdiklərinizin min əvəzini verəcək. Buna əmin olun. İnşallah o günü mən də görəcəyəm və kənardan baxıb gülümsəyəcəyəm. O ki, qaldı mənim pis insan olmağıma, elədirsə, məndən qorxun və adımı hallandırmayın. Yerin də qulağı var.