Samuxda 2 otaqlı ev yanıb


Digərləri 07 Okt 2018 10:39:00 323 0

Samuxda 2 otaqlı ev yanıb

Samuxda yanğın qeydə alınıb.

Son.az bildirir ki, FHN-dən Trend-ə verilən məlumata görə, Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son.az