Çaylarda sululuq səviyyəsi dəyişdi


Digərləri 07 Okt 2018 08:40:00 275 0

Çaylarda sululuq səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişib

Bakı. Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.