Çox qədim dövrə aid yüzlərlə Budda heykəlfiqurları aşkar edilib


Digərləri 07 Okt 2018 07:58:00 307 0

Çox qədim dövrə aid yüzlərlə Budda heykəlfiqurları aşkar edilib

Laosun Savannakxet əyalətində Tad İnq Hanq ibadətgahı bərpa edilərkən oradan çox qədim dövrə aid yüzlərlə Budda heykəl-fiqurları, habelə onlarca digər dini artefaktlar aşkar edilib. Bu barədə "Vientiane Times" məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Budda heykəl-fiqurların ölçüsü 8-10 santimetrdir. Onlar qızıl, gümüş, bürünc, taxta və digər materiallardan düzəldilib. XVI əsrə aid zəngin bəzədilmiş Tad İnq Hanqın hündürlüyü təxminən 9 metrdir. O, buddistlərin ibadət yeridir. Əfsanəyə görə, Budda orada dincəlib.