Qızıl dükanından ANBAAN GÖRÜNTÜLƏR Oğru görün nə etdi? VİDEO


Digərləri 07 Okt 2018 07:32:00 307 0

Qızıl dükanından ANBAAN GÖRÜNTÜLƏR  Oğru görün nə etdi?  VİDEO

Türkiyədə qızıl dükanından oğurluq etməyə niyyətlənən turistin etdikləri hamını şoka salıb.

Son.az xəbər verir ki, hadisə ölkənin Muğla bölgəsində qeydə alınıb. Muğla şəhərinə turist olaraq gələn 54 yaşlı irlandiyalı Lan Kempel vitrində düzülən zərgərlik məhsullarına baxış keçirib. Daha sonra üzüklərin arasından birini ovcunda gizlədərək oradan qaçmaq istəyib.

Çıxışa doğru gedən turistin şübhəli hərəkətləri mühafizəni və satıcının diqqətini çəkib. Mühafizəçi dərhal mağazanın qapısını bağlayıb və onun çıxmasına icazə verməyib.

54 yaşlı kişi oğurluqda ittiham olunmamaq üçün əlindəki üzüyü dərhal udub. Hadisə yerinə gələn polis əməkdaşları Lan Kempbeli xəstəxanaya aparıb. Xəstəxanada onun mədəsində 40 min funt sterilinq dəyərində olan 2,5 karat brilliant üzük təsbit edilərək çıxarılıb.