26 il əvvəl itkin düşmüşdü Cəsədi tapıldı


Digərləri 07 Okt 2018 00:45:00 227 0

26 il əvvəl itkin düşmüşdü  Cəsədi tapıldı

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinist Hasan Tarımın cəsədi tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hasan Tarım 1992-ci ildə almaniyalı həmkarları ilə Alp dağlarına çıxarkən itkin düşüb. Onun cəsədi bu yaxınlarda digər alpinistlər tərəfindən tapılıb. Bildirilir ki, mərhum alpinist Kayseri vilayətinin Sarız rayonundakı Kırkısraklılar kəndindəndir. Cənazə yaxın günlərdə mərhumun doğmalarına təhvil veriləcək.