Allahın adlarını müəyyən saylarda demək ruzini artırırmı?


Digərləri 06 Okt 2018 23:55:00 335 0

Allahın adlarını müəyyən saylarda demək ruzini artırırmı?

Quran və Sünnədə Allahın adlarını qeyd etdiyiniz kimi müəyyən saylarda deməyə aid səhih bir dəlil olmadığı üçün bu əməl bidət (dində yenilik) sayılır və ondan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180). Son.az zikr.az-a istinadən bildirir ki, səhih hədislərdə də bu adları əzbərləyib sayanların əldə edəcəyi üstünlük və savab barədə xeyli rəvayətlər nəql olunub. Allahın adlarının sayılmasının mükafatı cənnətə daxil olmaqdır. Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Həqiqətən Allahın yüzdən bir əksik 99 adı vardır. Kim onları sayarsa cənnətə daxil olar". (əl-Buxari, 2736; Muslim, 2677). Hədisdə qeyd olunan adların sayılması özündə bunları cəm edir:

1. O adları əzbərləmək 2. O adların mənasını bilmək 3. O adların tələb etdiklərinə əməl etmək. Məsələn, Allahın əl-Əhəd olduğunu bilirsə, bu, ondan Allaha heç bir şeyi şərik qoşmamağı tələb edir. Onun ər-Razzaq olduğunu bilirsə, bu, ruzini Allahdan başqasından istəməməyi tələb edir və s. 4. Allahı o adlarla çağırıb ona bu adlarla da dua etmək