Soyuq su ilə duş qəbul etməyin


Digərləri 06 Okt 2018 23:25:00 272 0

Soyuq su ilə duş qəbul etməyin

Bədənimizin suya ehtiyacı olduğundan normalda ondan sadəcə içərək yararlanmağa çalışırıq. Ancaq, suyun bədənə xaricdən təmasının da sağlamlığımız üçün çoxsaylı faydası var. Suyun bədənə təmasının ən güclü yolu da duş qəbul etməkdir. Gigiyenik bir vərdiş olan duş qəbul etmək bədənimizi rahatlaşdırdığı üçün çoxumuz ilıq su ilə duş qəbul etməyə üstünlük veririk.

Son.az moneta.az-a istinadən bildirir ki, ancaq, bunun əksinə soyuq su və soyuq duşun da bədən, zehin və dəri üçün bir çox faydası var və alimlər tərəfindən soyuq duş qəbul etmək məsləhət görülür.

1. İmmuniteti gücləndirir

Araşdırmalar soyuq su ilə duş qəbul etməyin immunitetinizi gücləndirdiyin aşkar ediblər.

2. Dərini gözəlləşdirir

Dermatoloqlar həftədə bir neçə dəfə soyuq suda duş qəbul etməklə dəri iltihablanmasını azaldacağını və saçınızın qırılmasının qarşısını alacağını bildirirlər.