Xalq artisti Amerikaya köçür


Şou-biznes 06 Okt 2018 22:39:00 294 0

Xalq artisti Amerikaya köçür

"11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Natiq Şirinov "Şou ATV" verilişində deyib. "Gren card" qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib. O, ailəsi ilə birlikdə ölkədən getdiyini deyib:

"O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki... Bu bir şansdır. İstəyir yüz ədəd "Green Card" udum... Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm.