Azərbaycanda yeni modul elektrik stansiyasının açılışı hazırlanır


Digərləri 06 Okt 2018 22:02:00 285 0

Azərbaycanda yeni modul elektrik stansiyasının açılışı hazırlanır

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 16,5 meqavat gücündə olan "Lerik" modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir.

"Tikinti və montaj işləri, habelə digər işlər artıq başa çatdırılıb, stansiyanın açılması üçün hazırlıq işləri başa çatır", - deyə Energetika Nazirliyindən bildirib.

Nazirlikdən qeyd ediblər ki, "Şimal-2" və Ordubad su elektrik stansiyalarının tikintisi də davam etdirilir.