Nisa təvafı nədir?


Digərləri 06 Okt 2018 21:10:00 498 0

Nisa təvafı nədir?

Nisa təvafı həcc əməllərindən birinin adıdır. Ümumiyyətlə, təvaf - həcc zamanı müqəddəs Kəbə evinin ətrafında saat əqrəbi istiqamətinin əksinə 7 dəfə dövrə vurmağa deyilir. "Nisa təvafı" sözünün tərcüməsi "qadın təvafı" deməkdir. Nisa təvafı cəfəri məzhəbində vacib sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, Cəfər məzhəbinə görə, həcci qurtarandan sonra müt¬ləq nisa təvafı etmək lazımdır. Həm kişi, həm də qadın hacılar bu təvafı yerinə yetirməlidirlər. Əgər hacı nisa təvafını etmə¬sə, həyat yoldaşı (kişidirsə - arvadı, qadındırsa - əri) ona haram olar və nisa təvafı etməyincə təzə kəbin də kəsdirə bilməz. Əhli-sünnə məzhəbində bu təvaf vacib deyil.