Sumqayıtda aktiv məşğulluq tədbirində 154 vakant yer təqdim edilib FOTO


Digərləri 06 Okt 2018 20:47:00 242 0

Sumqayıtda aktiv məşğulluq tədbirində 154 vakant yer təqdim edilib  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri təqdim ediblər.


Xəbərə aid fotolar