“Apple” 400 milyon dollarlıq pulunu bura xərclədi


Digərləri 06 Okt 2018 19:05:00 271 0

“Apple” 400 milyon dollarlıq pulunu bura xərclədi

"Apple" korporasiyası musiqi tanıma tətbiqi olan "Shazam"ı rəsmi olaraq aldığını elan edib.

Son.az facemark.az-a istinadən bildirir ki,"The Drum" yazır ki, 1 milyard nəfərin yüklədiyi "Shazam" 400 milyon dollar qarşılığında "Apple"ın olub. Korporasiya, həmçinin elan edib ki, "Shazam" gələcəkdə reklamsız xidmət verəcək.

"Apple Music" xidmətinin vitse-prezidenti Oliver Schusser isə yeni alış ilə bağlı deyib ki, "App Store" açılanda "Shazam" mövcud olan ilk tətbiqlər arasında yer alıb: "Shazam" dünya miqyasında musiqisevərlərin sevimli tətbiqinə çevrilib".