İsrail S300ü F35 qırıcıları ilə məhv edə bilər


Dünya 06 Okt 2018 16:16:00 290 0

İsrail S300ü F35 qırıcıları ilə məhv edə bilər

Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib.

O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan "stels" texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir.