Bu gün Argentinada Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək


Digərləri 06 Okt 2018 16:10:15 235 0

Bu gün Argentinada Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək

“Buenos-Ayres 2018”də Azərbaycanı 17 idmançı təmsil edəcək

Bakı. Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək. Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə çıxış edəcəklər. Olimpiadanın Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq açılış mərasimində əvvəlki illərdən fərqli olaraq atletlərin paradı keçirilməyəcək. Trend-in məlumatına görə, Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. İdmançılarmız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar. “Buenos-Ayres 2018”ə idmançılarla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşüblər.