Azərbaycanda gənclərin robot texnologiyasına marağı artıb


Digərləri 06 Okt 2018 14:04:00 270 0

Azərbaycanda gənclərin robot texnologiyasına marağı artıb

Azərbaycanda keçirilən Robot Olimpiadasında iştirakçıların sayının iki dəfədən çox artması onu göstərir ki, gənclərin robot texnologiyasına marağı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün keçirilən II Robot Olimpiadasının məqsədi gənclərin robot texnologiyalara marağın artırılması, bu sahədəki bacarıqlarına dəstək verməkdir:

"Olimpiadada iştirak edən komanda tapşırıqlarla müəyyən robot qurğusu hazırlayır, onun idarəolunmasını təmin edir. Düşünürəm ki, bu, gənclərin yaradıcılıq təfəkkürünün inkişaf etməsinə dəstək verir. Məni sevindirən odur ki, keçənilki 1-ci yarışmada 11 tədris müəssisəsi və 20-dən artıq komanda iştirak etdiyi halda, builki yarışmada 20-dən çox tədris müəssisəsi və 50-ə yaxın komanda iştirak edir".