"İstəmirəm desinlər "Bu da ailə qurdu"


Digərləri 06 Okt 2018 10:59:00 282 -1

"İstəmirəm desinlər "Bu da ailə qurdu"

Hər zaman gözəlliyi ilə şou-biznesimizin ən cazibədar gənc xanım müğənniləri arasında yer alan Sevda Yəhyayaeva "Zaurla Günaydın"da real yaşını etiraf edib.

Son.az xəbər verir ki, Sevda bəzi portallarda yayıldığı kimi onun həqiqətən də 32 yaşı olduğunu efir vasitəsi ilə bildirib.

Müğənni bu yaşına kimi barmaq sayda ona elçilər düşdüyünü də sözlərinə əlavə edib. 32 yaşına kimi heç zaman ərə getməyən Sevda, ailə qurmağın çox ciddi bir məsələ olduğunu bildirib.