Google onları yaddan çıxarmadı


Digərləri 06 Okt 2018 08:21:00 371 0

Google onları yaddan çıxarmadı

"Google" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən "Voice Access" əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Voice Access" istifadəçilərə səsli komandalar vasitəsilə və əllərdən istifadə etmədən mətnləri yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində "düymələr" basmaq və interfeys elementlərini idarə etmək üçün şərait yaradacaq.