Alvize Kazellati Heydər Əliyev Mərkəzində çıxış edib FOTO


Digərləri 06 Okt 2018 08:08:00 334 0

Alvize Kazellati Heydər Əliyev Mərkəzində çıxış edib  FOTO

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunub.

Konsertdə Alvize Kazellatinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilər səsləndirilib. Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edib.

Musiqisevərlərin iştirak etdiyi gecədə dünya mədəniyyətinin dühalarından olan Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri səsləndirilib. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və faciə obrazlarını eyni təsir gücü ilə canlandıran hər iki bəstəkarın əsərləri yüz illərdir ki, insanları heyran edir. Dünyada elə bir adam yoxdur ki, bu iki dühanın bəstələdiyi musiqilər onu riqqətə gətirməsin.


Xəbərə aid fotolar